Belarus millisi ruslarla yoldaşlıq oyunu keçirəcək

Belarus Futbol Federasiyasının sədrinin birinci müavini Andrey Vasileviç UEFA və FİFA-nın Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməyə etiraz etmədiyini bildirib.

Komanda.az TAAS agentliyinə istinadən xəbər verir ki, Vasilyeviç UEFA nümayəndələri ilə bu barədə razılaşdıqlarını deyib:

“UEFA nümayəndələri ilə işgüzar görüş və söhbət olub, orada müəyyən razılaşmalar əldə olunub. FİFA-nın bizə qarşı heç bir etirazı yoxdur, UEFA-nın da. Etiraz etmirlər, hansısa etiraz olarsa, hesab edirəm ki, bizə müvafiq qeyd göndəriləcək”.

O, qeyd edib ki, beynəlxalq yoldaşlıq görüşləri yalnız FİFA formatına uyğun olaraq razılaşdırılır.

Rusiya klubları və milli futbol komandaları 2022-ci ilin fevralından FİFA ilə UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya təcavüzkar hücumudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button