Belarus yığması Azərbaycan millisini Serbiyada qəbul edə bilər
Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasındakı rəqiblərini Serbiyada qəbul edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb.
Xəbərdə Belarus Futbol Federasiyasının hazırda bu variantı nəzərdən keçirdiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşmalara azarkeş buraxılmayacaq. İyunun 6-da oynanılacaq Belarus – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin