Belarus təmsilçiləri də Uimbldon turnirindən kənarlaşdırılır

Tennis üzrə Uimbldon turnirinin təşkilatçıları təkcə Rusiya deyil, Belarus tennisçilərini də turnirdən kənarlaşdırmaq qərarına gəliblər.

Komanda.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Daha əvvəl bildirilmişdi ki, təşkilatçılar rusiyalı Daniil Medvedev və digər rusiyalı oyunçuları turnirdən kənarlaşdırmaq qərarına gəliblər.

Belaruslu Arina Sobolenko dünyanın dördüncü raketka ustasıdır. O, 2021-ci ildə qadınlar arasında Uimbldon turnirinin yarımfinalına yüksəlmişdi. Onun həmyerlisi Viktoriya Azarenka isə hazırda WTA reytinqində 18-ci yerdədir.

Rusiya və Belarus təmsilçiləri ATP və WTA-nın təşkilatçılığı ilə keçiriən yarışlarda neytral statusda çıxış edə bilər. Uimbldon turniri 27 iyun-10 iyulda baş tutacaq.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button