“Belarus Qazaxıstandan daha güclü komandadır” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyada Belarusa qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis Belarusla oyuna hazır olduqlarını deyib:

“Belarusla oyuna hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Buna uyğun hazırlıq görürük.

Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar etdik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilməzsən. Təəssüf ki, biz də məğlub olduq. Buraxdığımız qolları təhlil etdik. Yenə kiçik səhvlərə yol verdik ki, bu da məğlubiyyətə gətirib çıxardı. Rəqibin cəmi iki zərbəsi oldu, onda da top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.

De Byazi, Belarus millisinin standart vəziyyətlərdə təhlükəli olduğunu bildirib:

“Belarusu Slovakiya ilə oyunlarından əvvəl analiz etmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandadır. Təxminən bizimlə eyni səviyyədədirlər. Futbolçularının boyları uzundur, standart vəziyyətdə təhlükəli ola bilərlər. Amma onların oynamağı bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Xarakterli olmalıyıq. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var.

Heyətlə bağlı isə hələ dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır”.

Mayın 6-da Serbiyadakı “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma saat 22:45-də başlayacaq. Azərbaycan millisi ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button