Belarus millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Belarus millisinin baş məşqçisi Mixail Marxel istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə o, yerli futbol ictimaiyyətinə müraciətində deyib.

55 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Belçika yığmasına 0:8 hesablı məğlubiyyətdən sonra bu qərarı qəbul etdiyini bildirib. O, bütün məsuliyyəti öz üzərinə götürüb.

Marxel daim komandaya dəstək verən azarkeşlərə və Belarus Futbol Federasiyasının rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Mixail Marxal 2019-cu ilin iyununda yığmaya baş məşqçi təyin olunmuşdu.