Belarus millisində yeni baş məşqçi

Belarus millisinin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komandanı ispaniyalı məşqçi Karlos Alos çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb.

Karlos bu vəzifədə iyunun 30-da istefaya göndərilən Georgi Kondratyevi əvəzləyib.

Qeyd edək ki, Alosun son iş yeri Ruanda millisi olub. O, Belarus komandasına görə bu işinə xitam verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button