Belarus klubu ev oyunlarını Azərbaycanda keçirə bilər

Belarusun “Qomel” klubu Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb. Siyahıda Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanın da adı var.

UEFA Belarus milli komandasının və klublarının ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button