Belarus klubları avrokubok oyunlarını Azərbaycanda keçirəcək? – Açıqlama

Belarus Futbol Federasiyasının sədr müavini Andrey Vasilyeviç yeni mövsümdə avrokuboklarda yerli klubların ev oyunlarının Azərbaycanda keçirilməsi ehtimalından danışıb.

Komanda.az xəbər verir ki, Belarus mətbuatına açıqlama verən federasiya rəsmisi bunu deyib:

“Bu dəqiqə klublarımızın avrokuboklarda ev oyunlarını harada keçirəcəyini dəqiq deyə bilmərəm. Belarus Futbol Federasiyası yerli federasiyalar, UEFA və stadionlarla qarşılıqlı əlaqə yaratmaq üçün əlindən gələni edir. Arena seçimi klublardan asılıdır. Azərbaycan və Macarıstan seçimi var. Amma başqa variantlar da ortaya çıxa bilər”.

Ötən mövsüm “Dinamo” (Minsk) Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button