Belarus – Azərbaycan oyunu Məhəmmədə tapşırıldı
UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək Belarus – Azərbaycan matçının təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, oyun İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Klyve və Markus Lundgren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Granit Maqedonci yerinə yetirəcək.
Mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək oyun saat 22:45-də başlayacaq.
Azərbaycan millisi bu gün Qazaxıstanın qonağı olacaq, Belarus isə Slovakiyanı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin