Belə qərarları böyük klubların lehinə vermək asandır – “Ayaks”ın futbolçusu

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Real”a 1:2 hesabı ilə məğlub olan “Ayaks”ın futbolçusu Frenki De Yonq, matçdan sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu komandanın oyunundan və sayılmayan qoldan danışıb:

“Komanda olaraq bu matçda yaxşı oynadıq. Təəssüf ki, sərfəli nəticə əldə edə bilmədik. Oyunda bir qolumuz sayılmadı. Belə qərarları böyük klubların lehinə vermək asandır. Sayılmayan qoldan sonra da yaxşı oynamağa davam etdik və qol epizodları yaratdıq. Amma bundan istifadə edə bilmədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button