“Belə klubu təmsil etdiyim üçün fəxr edirəm” – Azərbaycan millisinin futbolçusu

Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk şəxsi “instaqram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi liqada başa çatan mövsümü dəyərləndirib:

“2024 mövsümünün sonu. İş bitdi. Bunun nə qədər çətin olduğunu təsvir etmək asan deyil, amma birlikdə bacardıq. İl ərzində azarkeşlərin dəstəyi böyük idi. Növbəti mövsümə yaxşı hazırlaşacağıq. Birlikdə böyük hədəflərə çatmaq istəyirik. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan belə klubu təmsil etdiyim üçün fəxr edirəm”.

“Tedjon Xana Sitizen” mövsümü 38 turdan sonra 48 xalla 8-ci pillədə başa vurub. Cənubi Koreya çempionatında 12 komanda mübarizə aparır. Sonuncu sıradakı “İnçhon Yunayted” (39 xal) aşağı dəstəyə düşüb. 10-cu yerdəki “Çonbuk” (42 xal) və 11-ci olan “Tequ” (40 xal) pley-offda oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button