“Belə hörmətsiz davranışı qəbul edə bilmərik” – AFFA Hakimlər Komitəsinin sədri

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Premyer Liqanın 19-cu turunda keçirilən “Neftçi” – “Sabah” (1:1) oyunundakı mübahisəli epizodları şərh edib.

Komanda.az xəbər verir ki, o, hakimlərin işini belə qiymətləndirib:

“65-ci dəqiqə: Mümkün penalti epizodu “Sabah” komandasının 88 nömrəli hücumçusu (Xəyal Əliyev) cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin 44 nömrəli müdafiəçisi (Yuri Matias) top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiyinə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik.

Lakin “Neftçi”nin 44 nömrəli oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button