“Belə futbolçuların təqaüdə çıxması ayıbdır” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun sabiq hücumçusu Qonsalo İquaynın karyerasını bitirmək qərarına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İquaynla işləməyin heyrətamiz olduğunu deyib:
“İquaynla işləmək heyrətamiz idi. Belə futbolçuların təqaüdə çıxması ayıbdır. Mən onunla işləməkdən həzz alırdım. Ona sonrakı həyatında ən yaxşısını arzulayıram”.
Argentinalı futbolçu MLS-də iştirak edən “İnter Mayami”də bu mövsümün əvvəlində zəif oynasa da, son 11 matçda 10 qol vurub. Ümumilikdə bu mövsüm onun aktivində 14 qol və 3 məhsuldar ötürmə var.
İquayn “Real”, “Yuventus”, “Milan” və “Çelsi”nin də şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin