Amorim: “Reşforda kömək etmək istəyirəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Markus Reşford haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, ingilis futbolçunun daha da formalaşması üçün ona kömək etmək istədiyini deyib:

“Mançester Yunayted”lə titullar qazanmaq istəyirəm. Reşfordla yaxşılaşa bilərik. Onu əvvəl göstərdiyi səviyyəyə qaytarmaq istəyirəm. Belə böyük kluba onun kimi istedadlar lazımdır. Mən ona kömək etmək istəyirəm”.

27 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Qırmızı şeytanlar” ölkə çempionatının 16 turundan sonra 22 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button