“Belə bir qapıçın olanda başa düşürsən ki…” – “Sabah”ın baş məşqçisi
“Sabah”ın baş məşqçisi, “Krasnodar”ın sabiq çalışdırıcısı Murad Musayev Rusiya klubunun qapıçısı Matvey Safonovun gedişindən danışıb.
Komanda.az “Moskovski Komsomolets”-ə istinadən xəbər verir ki, “Sabah”ın çalışdırıcısı Safonovun etibarlı qapıçı olduğunu deyib:
“Bu sahədə ən çox “kredit” qapıçı məşqçilərinə məxsusdur. Aleksey Antonyuk və Mixail Savçenko Safonovla əla iş gördü. Qapıçılarla işimdə qapıçı məşqçilərinə çox güvənirəm. Onların seçdiyi üsullara inanıram.
Mənim üçün qapıçıda əsas onun psixoloji sabitliyidir. Safonov da hamı kimi səhv edə bilər. Ancaq o, heç vaxt iki dəfə uğursuzluğa düçar olmur. Nəticə çıxarın və oynamağa davam edin! Safonov etibarlı qapıçıdır. O, təkcə oyunda özünə yox, həm də, komanda yoldaşlarına çox kömək edir. Güclü rəqiblərlə oyunlar öncəsi onun həyəcanı yoxdur. O, həmişə sakitdir və bu, müdafiəçilərə, bütün komandaya və məşqçiyə sakitlik verir. Belə bir qapıçın olanda başa düşürsən ki, istənilən matçda qalib gələ bilərsən”.
“Sabah” hazırda Azərbaycan Premyer Liqasında 31 turdan sonra 71 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin