“Liverpul”un təklifindən imtina etmək üçün əsl kişi olmaq lazımdır”

Niderland millisinin sabiq hücumçusu Dirk Kuyt ispaniyalı mütəxəssis Xabi Alonsonun “Liverpul”da işləməkdən imtina etməsinə münasibət bildirib.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu Alonsoyla danışmadığını söyləyib:

“Mən onunla “Liverpul”da işləmək barədə danışmamışam, ona görə də, nə düşündüyünü bilmirəm. Ancaq belə bir klub sizə zəng edəndə, təklifdən imtina etmək üçün əsl kişi olmaq lazımdır. Yəqin ki, Xabinin imtina etmək üçün səbəbləri var idi”.

Alonso növbəti mövsümü “Bayer”də keçirməyə qərar verib. Onun yetirmələri Bundesliqanın son mövsümünü çempion və Almaniya kubokunun qalibi kimi başa vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button