“Bu qələbəni xəstəxanadakı uşaqlara həsr etmək istəyirəm” – Mançini
AÇ-2020-nin seçmə mərhələsinin 7-ci turu çərçivəsində Yunanıstana 2:0 hesabı ilə qalib gələrək, turnirin final mərhələsinə vəsiqə qazanan İtaliya millisinin baş məşqçisi Roberto Mançini oyundan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis, oyunu şərh edərək, çətinlik çəkdiklərini bildirib:
“İlk hissədə çox çılğın oyun göstərdik. Müdafiəyə köklənən rəqiblərlə bundan sonra daha çox oynayacağıq. Belə vəziyyətlərdə səbrli olmaq məcburiyyətindəyik. İlk hissədə qol vurmaq üçün çox çalışdıq, uzaqdan zərbələri də sınadıq, amma uğursuz olduq. İkinci hissədə isə daha yaxşı oynadıq və hədəfimizə çatdıq.
Futbolçular meydanda çox çalışdılar. Hər şeydən əvvəl azarkeşlərə təşəkkür etmək istəyirəm. Onlar bizi çox yaxşı dəstəklədilər. Bu qələbəni xəstəxanadakı uşaqlara həsr etmək istəyirəm. AÇ-2020-nin final mərhələsində daha yaxşı işlər görəcəyimizi düşünürəm”.
Bizi Facebook-da izləyin