“Belə rəqiblərə qarşı mübarizə apara bilərik” – “Zirə”nin legioneri

“Zirə” sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın “Dunayska Streda” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Bakı klubunun braziliyalı futbolçusu Rafael Utziq belə rəqiblərə qarşı mübarizə apara biləcəklərini söyləyib:

“Belə rəqiblərə qarşı mübarizə apara bilərik. Açığı, bu rəqiblə ilk dəfə qarşılaşacağıq. Azarkeşlərimizin qarşısında oynayacağıq. Çalışacağıq ki, sabahkı matçda layiqli mübarizə aparıb sevinən tərəf biz olaq”.

İyulun 25-də keçiriləcək oyun saat 20:30-da start götürəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button