“Belə məğlub olmaq çox pisdir” – “Tottenhem”in futbolçusu
Çempionlar Liqasının final oyununda “Liverpul”a 0:2 hesabı ilə məğlub olan “Tottenhem”in qapıçısı Uqo Lloris matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı qolkiper, məğlubiyyətə görə təəssüfləndiyini deyib:
“Bu qədər vacib bir oyunda məğlub olmaq hər zaman təəssüf hissi oyadır. Bizim üçün çox pis məğlubiyyət oldu. Belə bir oyuna 0:1 hesabı ilə geridə başlamaq çox çətindir.
Buraxdığımız qoldan sonra ehtiyatlı oynadıq. Topa sahib olurduq, amma qol epizodu yarada bilmirdik. Son 15 dəqiqədə oyandıq, amma bu, kifayət etmədi. Bizim üçün çox pis oldu.
Nələri səhv etdiyimizi bilmirəm. “Liverpul” bizdən çox asan şəkildə müdafiə olundu. Yaxşı epizodlar yaratmaqda çətinlik çəkdik. Belə məğlub olmaq çox pisdir”.
Bizi Facebook-da izləyin