“Belə bir oyunu təhlil etmək mümkün deyil”
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “Çelsi”yə məğlubiyyəti (1:4) şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis nəticədən məyus olduğunu bildirib:
“Nə baş verdiyini anlamaq çətindir. Belə bir oyunu təhlil etmək mümkün deyil, çünki hər şey nəzarətdən çıxdı. Mən nəticədən məyus oldum, amma oyunçularla fəxr edirəm – onlar hər şeyi verdilər. Demək olar ki, bir neçə dəfə hesabı bərabərləşdirdik və bu, komandanın ruhən nə qədər güclü olduğunu sübut edir. Lakin şərait çox əlverişsiz idi”.
Xatırladaq ki, Postekoqlu avqust və sentyabr ayları üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin