Bekhemin klubunda yeni baş məşqçi

ABŞ-ın “İnter Mayami” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu klub bu posta Fil Nevili gətirib.

Bekhem komandasını vaxtilə “Mançester Yunayted”də oynadığı 43 yaşlı mütəxəssisə tapşırmağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yaysa da, tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.

Futbolçu karyerası ərzində “Mançester Yunayted” və “Everton”un formasını geyinən, MY və “Valensiya”da məşqçilik edən Nevill, 2018-ci ildən qadınlardan ibarət İngiltərə yığmasını çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button