Bekhemin klubunda baş məşqçi postuna namizədlər

2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubunda baş məşqçi postuna namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin prezidenti olduğu klubda bu vəzifəyə Devid Moyes, Karlo Ançelotti və Tyerri Anri namizəd göstərilib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Ançelotti “Napoli”ni çalışdırırsa, Moyes və Anri işsizdir. Bekhem Ançelottinin rəhbərliyi altında “Milan” və PSJ-də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button