“Məni millinin kapitanı təyin etdiyi üçün ona hər zaman minnətdar olacam”
İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem məşhur isveçli məşqçi Sven-Yoran Eriksonun vəfatı ilə bağlı başsağlığı verib.
Komanda.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Eriksona təşəkkür edib:
“Mən Svenə hər zaman əsl centlmen olduğu üçün təşəkkür etmək istərdim. Məni millinin kapitanı təyin etdiyi üçün ona hər zaman minnətdar olacam. Sven, son sözlərin üçün təşəkkür edirəm”.
Erikson avqustun 26-da, 76 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib.
İsveçli mütəxəssis milli komandalardakı işi ilə tanınıb. O, İngiltərə, Meksika, Filippin və Fil Dişi Sahili yığmalarını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin