
Bekhemdən Amorimə dəstək
İngiltərə millisinin və “Real”ın sabiq futbolçusu, hazırda “İnter Mayami”nin həmsahibi olan Devid Bekhem “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimə dəstəyini ifadə edib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş yarımmüdafiəçi, klub rəhbərliyinin Amorimin istədiyi futbolçuları transfer etməli olduğunu bildirib:
“Klub baş məşqçiyə dəstək olmalıdır. Rəhbərlik Amorimin istədiyi futbolçuları transfer etməlidir. Düzdür, bunun nə dərəcədə mümkün olduğunu bilmirəm. Amma düşünürəm ki, Amorim istədiyi oyunçuları əldə etsə, dəyişikliklər dərhal hiss olunacaq”.
“Qırmızı şeytanlar” hazırda Ruben Amorimin rəhbərliyi altında İngiltərə Premyer Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Portuqaliyalı mütəxəssis bu komandanı ötən ilin payızından çalışdırır.
“Mançester Yunayted” sabah Avropa Liqasının finalında “Tottenhem”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



