Bekhemin qızını ruhlandırıb – millinin qələbəsi
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem AÇ-2022-nin yarımfinalında İsveç üzərində qələbə qazandıqdan sonra qadınlardan ibarət yığma komandanın üzvlərini təbrik edib.
Komanda.az xəbər verir ki, Bekhem, sosial media hesabında İngiltərə millisinin qələbəsinin qızını ruhlandırdığını yazıb:
“Nə gözəl axşamdır, təbrik edirəm, qızlar! Zəfər qazanmağınıza sevindik və bilirəm ki, bir nəfər bu hadisədən çox həyəcanlandı. Bu mənim qızım Harperdir. Onu ruhlandırdığınız üçün təşəkkür edirəm”.
AÇ-2022-nin final matçı iyulun 31-də, Londondakı “Uembli” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin