Bekhem Messi haqda: “Arzu reallığa çevrildi”

İngiltərə millisinin sabiq futbolçusu, hazırda “İnter Mayami”nin sahibi olan Devid Bekhem sosial şəbəkədə hücumçu Lionel Messinin transferinin ildönümü ilə bağlı paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə argentinalı futbolçunun “qızıl top”u qaldırarkən fotosunu yayımlayıb və bunu yazıb:

“Bir il əvvəl bir futbolçunu təqdim etmişdik. Arzu reallığa çevrildi”.

Messi keçən yay “İnter Mayami”yə keçib. Tərəflər arasında 2,5 il müddətinə müqavilə bağlanıb. 37 yaşlı hücumçu komandanın heyətində 29 oyun keçirib, 25 qol vurub və 16 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button