Bekhem keçmiş klubu haqda: “…qaranlıq zolaq çox uzun çəkəcək”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhem keçmiş klubundakı böhrandan danışıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu vəziyyətin müsbət istiqamətdə dəyişməsini istədiyini bildirib:
“Mançester Yunayted” son beş, bəlkə də, on ildə çətinliklər yaşayır. Ancaq bu, böyük məşqçi gedəndə olur. Vəziyyətin müsbət istiqamətdə dəyişməsini istərdim, əks halda, qaranlıq zolaq çox uzun çəkəcək”.
Son oyunda “qırmızı şeytanlar” “Arsenal”ı qəbul ediblər. MY 0:1 hesabı ilə məğlub olub. “Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin