Bekhem “Cəngavər” adı alacaq

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem “Cəngavər” fəxri adı alacaq.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, keçmiş futbolçuya “Cəngavər” bakalavr titulu təqdim olunacaq, o, “ser”, həyat yoldaşı Viktoriya isə “xanım” adlandırılmaq hüququ qazanacaq. Mükafatın rəsmi elanı iyunun sonunda gözlənilir.

Bekhem “Mançester Yunayted”in yetirməsidir. 50 yaşlı sabiq futbolçu “qırmızı şeytanlar”ın heyətində 6 dəfə İngiltərə çempionu olub, İngiltərə kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button