Belçika yığmasının sabiq üzvü məşqçiliyə başlayır

Bekçika milli komandasının sabiq futbolçusu Stiven Defur məşqçiliyə başlayır.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Mexelen” klubunda məşqçilik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Defur hazırda “Mexelen”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Belçika çempionatında 16 oyuna çıxıb. O, yeni mövsümdə komandanın məşqçilər korpusunda yer alacaq.

Karyerası ərzində “Portu”, “Anderlext”, “Bernli” kimi klublarda çıxış edən Defur Belçika millisində 52 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button