Behrami mövsümü erkən başa vurdu
İtaliyanın “Udineze” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Valon Behrami zədələnib. O, 30-cu tur çərçivəsində “Milan”a qarşı keçirilən oyunda sıradan çıxıb.
Həmin oyunu başa çatdıra bilməyən isveçrəli futbolçu 76-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Ətraflı müayinədən sonra onun zədəsinin ciddi olduğu müəyyənləşib. Klubdan verilən məlumata görə, Behrami artıq cari mövsümdə komandasına kömək edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin