BBC “Qarabağ”ın hücumçusunu təriflədi

İngiltərə mətbuatı Avropa Liqasının əsas mərhələsində izləməyə dəyər futbolçuları müəyyən edib.

Komanda.az xəbər verir ki, BBC siyahıdakı 12 futbolçu sırasına “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun adını da daxil edib: 

“Ötən mövsüm 31, o cümlədən Avropa Liqasında 5 qol vuran braziliyalı hücumçu “Qarabağ”ın heyətində diqqət mərkəzində olacaq. O, Çempionlar Liqasının seçmə mərhələsində 6 qol vuraraq, bu mövsümə effektiv başlayıb”.

İngiltərə nəşrinin siyahısında Juninyodan başqa, Niko Uilyams (“Atletik”, İspaniya), Cordan Henderson (“Ayaks”, Niderland), Martin Subimendi (“Real Sosyedad”, İspaniya), Aleksandr Lakazett (“Lion”, Fransa), Edin Dzeko (“Fənərbaxça”), Çiro İmmobilenin (“Beşiktaş”) də adı qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button