“Bayern” Virtsin ailəsi ilə danışıqlara başlayıb

Almaniya millisinin və Leverkuzen “Bayer”inin futbolçusu Florian Virts “Bayern” üçün transfer hədəfidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqanın lideri almaniyalı oyunçunun ailəsi ilə danışıqlara başlayıb.

Münhen klubu yayda Virtsi transfer etməyə ümid edir. “Bayern”in onun uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti” hesab olunur. Virtsin yaxınları isə onun “Bayern”ə keçməsini daha çox istəyirlər.

21 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Leverkuzen klubunda çıxış edir. O, bu mövsüm “əczaçılar”ın heyətində 38 matçda iştirak edib, 15 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button