Bayrami: “Bütün diqqətimiz “Neftçi” ilə oyuna yönəlib”
“Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz”.
Komanda.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Makedoniya “Şkupi”sinin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının 3-cü turunda “Belasitsa” komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
O bildirib ki, ilk hissədə 100 faizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər. Baş məşqçi son dəqiqələrdə vurulan qollarla qazandıqları 3 xala görə məmnun olduqlarını vurğulayıb. Bayrami artıq bütün diqqətlərinin “Neftçi”ilə görüşə yönəldiyini söyləyib:
“Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq”.
Qeyd edək ki, avqustun 27-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Şkupi” matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin