
Keyn onu tənqid edən sabiq futbolçuya cavab verdi
“Bayern”in hücumçusu Harri Keyn “Real”ın və “Liverpul”un keçmiş futbolçusu Maykl Ouenin tənqidlərinə cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard bunu deyib:
“Hər kəsin öz fikri var. Ouenə hörmət edirəm, o, Premyer Liqanın əfsanəsidir. Amma hər futbolçunun öz yolu var. O demək istəyirdi ki, mən “Bayern”ə titullar üçün getmişəm. Amma mənim üçün ilk növbədə, bu transfer ən yüksək səviyyəyə keçid idi”.
Sabiq futbolçu Keyni Münhen klubuna keçidinə görə tənqid edib.
Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib. 32 yaşlı futbolçunun Münhen klubu ilə 4 illik müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



