“Bayern”lə müqavilə imzalamaq üçün Almaniyaya uçdu
Niderlandlı müdafiəçi Deyli Blind “Bayern”ə keçəcək.
Komanda.az xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Blind müqaviləni imzalamaq üçün bu gün səhər tezdən – yanvarın 5-də Amsterdam hava limanından Almaniyaya uçub. 32 yaşlı müdafiəçi Münhen klubuna keçmək üçün tibbi müayinədən keçəcək.
Daha əvvəl “Ajaks”la müqaviləsini ləğv edən Blind, ən azı 2023-cü ilin sentyabrına qədər Qətərdə keçirilən dünya çempionatında zədələnən “Bayern”in müdafiəçisi Lukas Hernandesin əvəzləyicisi ola bilər.
Blind bu mövsüm “Ayaks”ın heyətində bütün yarışlarda 19 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Əvvəllər o, “Mançester Yunayted”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin