“Bayern”lə oyundan əvvəl “Qalatasaray”da böyük itki
“Qalatasaray”ın aparıcı futbolçusu sıradan çıxıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardı zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı forvard Super Liqanın 9-cu turunun “Beşiktaş”la matçında (2:1) sağ ayağından zədə alıb. Artıq onun müalicəsinə başlanılıb.
Argentinalı oyunçunun Çempionlar Liqasının qrup mərhələsinin “Bayern”lə matçında iştirakı sual altındadır.
“Qalatasaray” – “Bayern” görüşü oktyabrın 24-də, saat 20:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin