“Arsenal” almaniyalı futbolçunu istəyir
“Bayern”in vingeri Leroy Sane gələn yay azad agent kimi komandanı tərk edə bilər. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Arsenal” almaniyalı futbolçu ilə maraqlanır. London klubu, “Bayern”lə yeni müqavilə imzalamasa, onu öz sıralarına cəlb etməyə çalışacaq.
Leroy Sane İngiltərə Premyer Liqasına yad deyil. Belə ki, o, “Mançester Siti”dəki çıxışı ilə də yadda qalıb.
28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Münhen komandasının heyətində 8 oyun keçirib, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin