“Bayern”lə “Liverpul” razılığa gəlib
Almaniyanın “Bayern” klubu İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Sadio Manenin keçidini həll edib.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Münhen klubu seneqallı futbolçunun transferi üçün tələb olunan 50 milyon avro təzminat məbləğini ödəməyə razılıq verib.
30 yaşlı Manenin tezliklə “Bayern”lə rəsmi müqavilə bağlayacağı gözlənilir.
Mane 2016-cı ildən “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin