
“Bayern”in yeni transferi klub rəsmisinin cavabını verdi
“Çelsi”dən icarəyə götürülən və hazırda “Bayern”də çıxış edən hücumçu Nikolas Cekson Münhen klubunun fəxri prezidenti Uli Hönessin sözlərinə cavab verib.
Höness daha əvvəl bildirmişdi ki, Ceksonun transferinin məcburi satınalma şərti yalnız futbolçu mövsümdə 40 oyuna start heyətində çıxacağı halda aktivləşəcək və bunun mümkün olmayacağını düşündüyünü açıqlamışdı.
Komanda.az xəbər verir ki, Cekson isə mətbuata açıqlamasında ona çox hörmət etdiyini deyib:
“Əlbəttə, bilirəm ki, o (Höness) bu klubun böyük əfsanəsidir və ona çox hörmət edirəm. Onu hələ gənc vaxtlarımdan tanıyıram. Mənim işim sadəcə oynamaq və komandaya qələbələr qazandırmaqdır. Matçların sayına fokuslanmıram. Məqsədim bu klubla böyük uğurlar əldə etməkdir”.
Bizi Facebook-da izləyin



