
“Bayern”in yeni hədəfi
“Bayern” “Qranada”nın vingeri Brayan Saraqosa ilə maraqlanır.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Münhen klubu vurduğu 5 qolla bu mövsüm komandasının bombardiri olan 22 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə hazırdır. Futbolçunun özü ilə 4 illik müqavilə imzalanması nəzərdə tutulub.
Saraqosa “Qranada”nın yetirməsidir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin