ÇL: “Bayern”in finala yüksəlməsini istəyirəm”
“Bayern”in sabiq futbolçusu Xavi Martinez Çempionlar Liqasının yarımfinalında Almaniya nəhəngi ilə “Real” arasında keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı sabiq futbolçu keçmiş komandasının fianala yüksəlməsini istədiyini söyləyib:
“Bayern”in finala yüksəlməsini istəyirəm. Bu cütlükdə şanslar 50-nin 50-yədir. Münhen komandası Bundesliqada “Bayer”lə mübarizədə titul qazana bilməyib. Qoy “Real” düşünməsin ki, “Bayern” Bundesliqa cədvəlinin göstərdiyi səviyyəyə malikdir”.
“Bayern” və “Real” arasında ilk oyun bu gün Münhendə keçiriləcək. Görüş saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin