“Bayern”in səhvi Virtsin qiymətinin artmasına səbəb olub

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtsə görə Avropanın aparıcı klubları arasında ciddi rəqabət davam edir.

“Bayern” və “Liverpul” son günlər 22 yaşlı futbolçunun əsas namizədləri kimi ön plana çıxır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi bir neçə həftə əvvəl Virtsin transfer dəyəri 100 milyon avroya yaxın olsa da, indi bu məbləğ 150 milyon avroya çatıb.

Qiymətin bu qədər sürətlə artmasının səbəbi “Bayern”in taktiki səhvi olub. Münhen klubu oyunçuya marağını çox tez göstərib və bu da rəqib klubları hərəkətə keçməyə vadar edib. Hazırda isə “Liverpul” almaniyalı futbolçunun transferində müəyyən üstünlük qazanıb.

“Transfermarkt” portalı Virtsin bazar dəyərini 140 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button