
“Bayern” yeni baş məşqçi ilə razılığa gəlib
“Bayern” yeni baş məşqçi ilə anlaşmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu Avstriya millisinin çalışdırıcısı Ralf Ranqniklə fəal danışıqlar aparır.
65 yaşlı mütəxəssis artıq “Bayern” rəhbərliyinin təklifi ilə razılaşıb. Tərəflər mayın 1-də danışıqların növbəti mərhələsini keçirəcəklər. Ranqniklə müqavilənin müddəti 2 və ya 3 il olacaq.
Almaniyalı çalışdırıcı 2022-ci ilin yayından Avstriya millisinin baş məşqçi postunu tutur. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin