
Hayner növbəti dəfə “Bayern”in prezidenti seçilib
“Bayern”in prezidenti Herbert Hayner növbəti müddətə yenidən bu vəzifəyə seçilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı funksioner klubun ümumi yığıncağında keçirilən səsvermədə 95,63 faiz səs toplayaraq böyük üstünlüklə qalib gəlib. Onunla yanaşı, vitse-prezident Diter Mayer və vitse-prezidentin müavini Valter Mennekes də öz vəzifələrini qoruyublar.
Herbert Hayner 2019-cu ildən “Bayern”in prezidenti vəzifəsini icra edir və bu müddət ərzində klub həm Almaniyada, həm də beynəlxalq arenada yüksək nəticələr əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



