“Bayern”in oyunu hər həftəsonu sabun operasına çevrilir” – Ferdinand
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” – “Bayern” oyunundan (1:0) danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Münhen komandasını oyundakı çıxışına görə tənqid edib:
“Bu gün oyuna baxdım. Bəzən işlər gözlənildiyi kimi getməyəndə hər kiçik səhv böyük bir faktora çevrilir. Söhbət “Bayern” kimi böyük klubdan gedir, burada hər xırda detala fikir verirlər. Bu, gözlənilən oyun deyil. “Bayern”in oyunu hər həftəsonu sabun operasına çevrilir.
Artıq oyunun ikinci yarısının əvvəlində Tomas Tuxelin başını tutduğunu gördüm. Aydındır ki, bu neqativ enerji meydanda olan oyunçulara ötürülür və hazırda “Bayern”in ətrafında həddindən artıq çoxdur. Yalnız yaxşı nəticələr işləri müsbət istiqamətə qaytara bilər”.
Komandaların cavab oyunu martın 5-də keçiriləcək.
Bizi Facebook-da izləyin