
“Bayern”in oyunçusu millinin heyətində zədələnib
Kanada millisinin və “Bayern”in müdafiəçisi Alfonso Deyvis ABŞ yığması ilə Millətlər Liqası çərçivəsində keçirilən matçda zədələnib.
24 yaşlı futbolçu ABŞ-la oyuna ilk dəqiqələrdən başlasa da, topuğundakı zədə səbəbindən 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı oyunçunun zədəsinin ağırlığı barədə hələlik məlumat verilmir.
Kanada millisi əsas oyunçusunu ilk dəqiqələrdən itirməsinə baxmayaraq, 2:1 hesablı qələbə qazanıb.
Deyvisin klub səviyyəsində komandası şənbə günü Bundesliqada “Sent Pauli” ilə qarşılaşacaq. O, bir müddət əvvəl Münhen klubu ilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Deyvis ümumilikdə bu mövsüm “Bayern”in heyətində 31 oyun keçirib.
Bizi Facebook-da izləyin



