“Naqelsmann milli komandaya eyforiyanı qaytardı”

“Bayern”in prezidenti Herbert Hayner Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla bağlı sualı cavablandırıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Əlbəttə, Naqelsmann milli komandaya eyforiyanı qaytardı. 2026-cı ildə keçiriləcək dünya çempionatı asan olmayacaq, baxmayaraq ki, Almaniyanın uğur şansı həmişə yüksəkdir. “Bayern”in oyunçuları adətən milli komandanın onurğa sütununu təşkil edirlər, bu, klubumuz üçün gözəl ənənədir. Bizim əsas prioritetimiz “Bayern”in uğurudur. Lakin təbii ki, həmişə milli komandanın uğurlarına sevinirik”.

Naqelsmann 2023-cü ilin yazında “Bayern”i tərk edib və 6 ay sonra Almaniya millisinə başçılıq edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button