“Bayern”in Noyeri əvəz etmək üçün 2 namizədi var

“Bayern” hazırkı əsas qolkiperi Manuel Noyerin uzunmüddətli əvəzlənməsi üçün yeni qapıçı axtarır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu iki qapıçı ilə maraqlanır. Söhbət “Köln”dən Yonas Urbiq və İngiltərənin “Brayton” klubunu təmsil edən Bart Verbruggendən gedir.

Noyerin “Bayern”lə müqaviləsi gələn ilin ortalarına qədər qüvvədədir.

Münhen komandası cari Bundesliqa mövsümünün 6 turundan sonra 14 xal toplayıb və turnir cədvəlində 1-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button