“Bayern” aparıcı futbolçusu ilə danışıqlara başlayıb
Camal Musiala mütəmadi olaraq transfer söz-söhbətlərinin mövzusu olur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” istedadlı oyunçunu öz sıralarında saxlamaqda qərarlıdır. Münhen klubu artıq Musiala ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
21 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. “Bayern” və almaniyalı futbolçu arasında danışıqların başlanğıcı müsbət keçib, onların gələcək hədəfləri üst-üstə düşür. Münhenlilər ona klubda nə qədər dəyərli olduğunu başa salıb.
“Mançester Siti” Musialanı Kevin De Bruynenin yerinə almaq istəyir. “Şəhərlilər” onun üçün 100 milyon avro ayırmağa hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin