Sümüyü qırılan futbolçu məşqlərə başlayıb
“Bayern”in müdafiəçisi Hiroki İto əsas qrupla məşqlərə qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ku, yapon oyunçu dünən zədədən sonra ilk dəfə komanda ilə məşq edib.
25 yaşlı futbolçunun iyulda mövsümöncəsi matçda metatars sümüyü qırılmışdı. O, noyabrda ikinci dəfə əməliyyat olunub.
İto Münhen komandasının formasında bir dəfə də olsun rəsmi matça çıxa bilməyib. O, 2024-cü ilin yayında “Ştutqart”dan 23,5 milyon avroya alınıb. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
“Bayern” fevralın 7-də, Bundesliqanın 21-ci turunun matçında “Verder”i qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin